Hadisə

Nazirlik “Azərsu”nu məhkəməyə verdi - FOTOLAR

Nazirlik “Azərsu”nu məhkəməyə verdi - FOTOLAR

Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda "Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı "Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

D
demokrat.az