Hadisə Özəl

İstanbulda dəhşətli partlayış: 2 ölü, 4 yaralı

İstanbulda dəhşətli partlayış: 2 ölü, 4 yaralı

Türkiyənin İstanbul şəhərində binanın üst mərtəbəsində partlayış baş verib.

Demokrat.az xəbər verir ki, hadisə qaz sızması nəticəsində baş verib.

İlkin məlumatlara görə, partlayışda 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Yanğının bitişik tikililərə keçməsinin qarşısının alınması üçün tədbirlər görülüb və ərazidəki bəzi binaların sakinləri təxliyə edilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova