Hadisə Özəl

Təcili tibbi yardım maşını aşdı: Yaralananlar var

Təcili tibbi yardım maşını aşdı: Yaralananlar var

Türkiyənin İstanbul şəhərində içərisində xəstə olan təcili tibbi yardım maşını aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində avtomobildə olan xəstə və 2 tibb işçisi yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az