Hadisə

Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Cəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”unməlumatına görə, VAZ-2106və “Mercedes-Benz”markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri - 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova