Hadisə

Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb

Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb

Gəncə şəhərində ildırım nəticəsində baş vermiş yanğın söndürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, ildırım düşməsi nəticəsində şəhər ərazisində üçmərtəbəli binanın 2-ci mərtəbəsində olan mənzillərin birinin mətbəxində elektrik avadanlığında qısaqapanma nəticəsində yanğın olub.

Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova