Türkiyənin İstanbul-İzmir yolunun Balıkəsir hissəsində zəncirvari yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Təcili tibbi yardım qrupları tərəfindən xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu öyrənilib.
Qəzanın təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


