Dünya Özəl

Fransada terror xəbərdarlığı: 7 məktəb boşaldıldı

Fransada terror xəbərdarlığı: 7 məktəb boşaldıldı

Fransada terrorla bağlı təhdid mesajları alan 7 məktəb boşaldılıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Rouen şəhəri ətrafında yerləşən 6 məktəbə terror hücumu ilə bağlı hədələyici mesajlar göndərilib.

Qubernatorluq hələlik heç bir təhlükənin aşkar edilmədiyini və sözügedən 6 məktəbin boşaldıldığını bildirib.

Digər tərəfdən, Saint-Denisdə 1800 şagirdin təhsil aldığı Paul Eluard Liseyi səhər saatlarında bomba təhlükəsi səbəbiylə boşaldılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova