Dünya Özəl

ABŞ-nin borcu ilk dəfə 33 trilyon dolları keçdi

ABŞ-nin borcu ilk dəfə 33 trilyon dolları keçdi

Amerika Birləşmiş Ştatlarının dövlət borcu 33,04 trilyon dollara çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son hesabata görə ölkənin borcu tarixi səviyyəyə yüksəlib.

Xatırladaq ki, yanvarın 19-da ABŞ 31,4 trilyon dollarlıq borc həddinə çatdığına görə, Maliyyə Nazirliyi limiti aşmamaq üçün fövqəladə tədbirlər görməyə başlamışdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova