Hadisə

Bakıda dəhşətli QƏZA: Polis ölümdən döndü — VİDEO

Bakıda dəhşətli QƏZA: Polis ölümdən döndü — VİDEO

Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, Mərdəkan-Zuğulba yolunda “Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.

Hadisənin videosundan görünür ki, DYP maşınının arxasında dayanmış polis əməkdaşı özünü zərbədən son anda qaçıra bilir.

Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə (DYP) baş instpektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

D
demokrat.az