Gündəm Özəl

Bu tarixdə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir

Bu tarixdə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, Moskva Ermənistan və Azərbaycanla dialoqu davam etdirməyə hazırdır. Qeyd edib ki, tərəflər gələcək tədbirlərlə bağlı qərar qəbul edən kimi xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü elan ediləcək.

Bununla bağlı Demokrat.az-a açıqlama verən politoloq Zaur Məmmədovun sözlərinə görə, yaxın vaxtlarda görüşün keçirilməsi gözlənilmir:

“Bunun üçün hazırlıqlı olmaq lazımdır. Həm Azərbaycan, həm də Ermənistan tərəfi sənəddə əlavələrlə bağlı və sənədin mətnində düzəlişlərlə bağlı qeydlərini göndəriblər. Hazırda Bakı və İrəvan məsələni ayrı-ayrılıqda nəzərdən keçirməkdədir. Oktyabrın əvvəllərində Azərbaycan və Ermənistan liderlərinin İspaniyanın Qranada şəhərində Avropa İttifaqının Prezidenti və digər şəxslərlə birgə görüşü gözlənilir. Bundan əvvəl xarici işlər nazirlərinin Moskvada görüşü keçirilə bilər. Bu isə Qarabağdakı vəziyyətdən asılıdır.

Bu tarixdə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir

Azərbaycan üçün məkan önəmli olmasa da Aİ, Rusiya və ABŞ üçün bu, önəmlidir. Ümumiyyətlə, çox vaxt bu və ya digər münaqişələrin həllini tapa bilməməsinin səbəblərindən biri də münaqişəni nizamlamaqla məşğul olan üçüncü tərəflərin maraqlarının toqquşması olur. Cənubi Qafqazdakı proseslər də bu qəbildəndir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova