Ordunun son iki həftədə Nigeriyanın şimal-şərqində keçirdiyi əməliyyatlarda terror təşkilatı Boko Haramın 151 üzvü zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ordu son iki həftə ərzində ölkənin şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində Boko Harama qarşı əməliyyatlar keçirib.
Əməliyyatlarda 151 terrorçunun öldürülüb, onlarla terrorçu isə yaralanıb.
Həmçinin, əməliyyatlar zamanı 456 terrorçu və onlara məxsus xeyli miqdarda sursatın ələ keçirilib.
Aysu Demokrat.az


