Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycanda işgüzar səfərdədir. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub. Qonaq Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak edəcək.
Rusiyanın Baş prokuroru Azərbaycana gəlib
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


