Türkiyədə 5 mərtəbəli binada yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, binanın birinci mərtəbəsində yerləşən restoranda naməlum səbəbdən yanğın baş verib.
Partlayışlara səbəb olan yanğın qısa zamanda digər mərtəbələrə də keçib.
Binada olan vətəndaşlar qısa zamanda təxliyə edilib.
Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları göndərilib.
Yanğın müdaxilə nəticəsində qısa zamanda söndürülsə də bina yararsız vəziyyətə düşüb.
Aysu Demokrat.a


