Dünya Özəl

Liviyada təhsil dayandırıldı

Liviyada təhsil dayandırıldı

Liviyada sel fəlakəti səbəbindən ibtidai və orta təhsil müəssisələrində dərslər 10 gün müddətinə dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Əbdülhəmid ed-Dibeybe qərar qəbul edib.

O bildirib ki, ölkədəki son vəziyyətlə əlaqədar təhsilə davam etmək mümkün deyil:

"Ölkənin hər yerində, təbii fəlakətdən əziyyət çəkən şəhərlərdə, ibtidai və orta məktəblərdə çətin vəziyyəti nəzərə alaraq müəssisələrdə təhsilin 10 gün müddətinə dayandırılmasına qərar verdik.

Bu bölgələrdəki tələbələrin təhsilə qayıtması üçün Təhsil Nazirliyinə plan hazırlamaq tapşırılıb. Qısa zamanda təhsil üçün müvəqqəti mərkəzlər də yaradılacaq".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova