Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inın ölkəyə səfər dəvətini qəbul edib.
Demokrat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata əsasən, Şimali Koreya lideri Kim Çen In ilə Rusiya prezidenti Vladimir Putin arasında dünən Rusiyanın Amur vilayətində keçirilən görüşün təfərrüatları bəlli olub.
Tərəflər konstruktiv münasibətləri davamlı şəkildə inkişaf etdirmək barədə razılığa gəliblər.
Bundan əlavə, görüşün sonunda Kim Putini uyğun vaxtda Şimali Koreyaya səfərə dəvət edib və Putin dəvəti qəbul edib.
Aysu Demokrat.az


