Pakistanda keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin həbs müddəti yenidən 14 gün uzadılıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, keçmiş baş nazir Xanın və keçmiş xarici işlər naziri Qureyşinin “dövlət sirlərini üzə çıxarmaqda” ittiham olunduğu işin xüsusi məhkəməsi keçirilib.
Məhkəmə Xan və Qureşinin həbs müddətinin sentyabrın 26-dək uzadılmasına qərar verib.
Xatırladaq ki, Xanın mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb və keçmiş baş nazirin girov müqabilində azadlığa buraxılmasına qərar verilib.
Lakin avqustun 30-da hakim prokurorluğun tələbi ilə “dövlət sirrini yaymaqda” ittiham olunan Xanın həbs müddətini sentyabrın 13-dək uzatmışdı.
Aysu Demokrat.az


