Hadisə

19 yaşlı arvadını bıçaqlayan şəxs saxlanıldı

19 yaşlı arvadını bıçaqlayan şəxs saxlanıldı

Xəbər verdiyimiz kimi, ötən gün Qobu qəsəbəsində 19 yaşlı A.Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb:

“Hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması məhkəməyə göndəriləcəkdir”.

D
demokrat.az