Dünya

Türkiyədə mədən ÇÖKDÜ

Türkiyədə mədən ÇÖKDÜ

Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb.

Əraziyə AFAD, təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib. Hadisə ilə bağlı “TRT Haber”ə açıqlama verən Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər var, 4 nəfər dağıntılar altında qalıb: "Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.

D
demokrat.az