ABŞ İrana qarşı tətbiq etdiyi 6 milyard dollarlıq sanksiyalardan imtina edib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton administrasiyası İranda saxlanılan 5 Amerika vətəndaşının azad edilməsi müqabilində Tehranın dondurulmuş 6 milyard dollarına qarşı sanksiyaları ləğv edib.
ABŞ və İran rəsmiləri arasında prinsipial razılıq əldə olunduqdan sonra, ABŞ dövlət katibi Antoni Blinke sanksiyalardan imtina haqqında sənəd imzalayıb.
Bu çərçivədə, İran pullarının Cənubi Koreyadan Qətərə köçürülməsi aktiv hala gətirilib.
Aysu Demokrat.az


