Hadisə Özəl

14 yaşlı oğlan qəza törətdi: 3 yaralı

14 yaşlı oğlan qəza törətdi: 3 yaralı

Türkiyədə 14 yaşlı yeniyetmənin idarə etdiyi avtomobil qəza törədib.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Burdur vilayətində baş verib.

Avtomobilin aşması nəticəsində baş verən qəzada 2-si ağır olmaqla 3 nəfər yaralanıb.

Qısa zamanda bölgəyə təcili tibbi yardım və jandarma qrupları göndərilib.

Tibb qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova