Kriminal

“Əlini kəsəcəyik” deyib telefonunu aldılar

“Əlini kəsəcəyik” deyib telefonunu aldılar

Bakıda quldurluq hadisəsi törədilib.

Demokrat.az xəbər verir ki, Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsində 2 nəfər şəxs K.Əlizadəni qorxudaraq mobil telefonunu əlindən alıblar.

Zaur və Hüsaməddin adlı şəxslər K.Əlizadəyə “Əlini kəsəcəyik”, deyərək hədə-qorxu gəliblər və ona məxsus “İphine 13Pro” markalı bahalı telefonunu əlindən alıblar.

Həyata keçirilmiş tədbirlərlə quldurluqda şübhəli bilinən şəxslərdən Zaur Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

D
demokrat.az