Hadisə Özəl

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2497 nəfərə çatdı

Mərakeşdə zəlzələdə ölənlərin sayı 2497 nəfərə çatdı

Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 497 nəfərə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik açıqlamasında zəlzələdə həyatını itirənlərin sayının 2 min 497, yaralı sayının isə 2 min 476-ya yüksəldiyini bildirib.

Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova