Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 39 terrorçu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ kimi terror təşkilatları ilə mübarizəsini davam etdirir:
"Keçirilən əməliyyatlar çərçivəsində 24 iyul 2015-ci ildən indiyədək 38 min 528 terrorçu zərərsizləşdirilib.
Son bir həftədə 39, yanvarın 1-dən bu günədək isə 1185 terrorçu zərərsizləşdirilib".
Aysu Demokrat.az


