Hadisə Özəl

Ayı meşədə çobana hücum etdi

Ayı meşədə çobana hücum etdi

Türkiyənin Kastamonu vilayətində meşə ərazisində çoban ayının hücumuna məruz qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Məlumata görə, meşədən gələn səsləri eşidən kəndlilər hadisə yerinə gəlib və çobanı yaralı halda tapıblar.

Təcili yardımla bölgə xəstəxanasına aparılan yaralıya dərhal ilkin müdaxilə edilib.

Qeyd edək ki, həyati təhlükəsi olan şəxs reanimasiyaya yerləşdirilib, müalicə davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az