Dünya Özəl

Seldən zərər çəkənlərə yardım ediləcək

Seldən zərər çəkənlərə yardım ediləcək

İstanbulda seldən zərər çəkmiş ərazilərdə dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Birinci mərhələdə sel və daşqınlardan zərər çəkmiş ailələrimizə AFAD-dan 10 min lirə, Ailə və Sosial Xidmətlər Nazirliyindən 5 min lirə olmaqla, ümumilikdə 15 min lirə yardım ediləcək. Allah ölkəmizi, xalqımızı və millətimizi hər cür bəladan qorusun".

Aysu Demokrat.az

D
demokrat.az