Dünya Özəl

Şimali Koreya lideri Putinlə görüşəcək?

Şimali Koreya lideri Putinlə görüşəcək?

Şimali Koreya lideri Kim Çen Inın bu ay Rusiyaya səfər edəcəyi və Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi iddia edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı "The New York Times” ABŞ rəsmilərinə əsaslanaraq məlumat yayıb.

İddialara görə, Şimali Koreya lideri yaxınlarda paytaxt Pxenyandan zirehli qatarla Rusiyanın Vladivostok şəhərinə gedəcək.

O, həmçinin sentyabrın 10-13-də burada keçirilməsi planlaşdırılan Şərq İqtisadi Forumunda iştirak edəcək.

Rəsmilər Kimin daha sonra Moskvaya gedə biləcəyini bildirərək, Putinlə görüşəcəyini iddia ediblər, lakin bu hələ dəqiq deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova