“Sədərək” ticarət mərkəzində yanğın təhlükəsi yaranıb.
Demokrat.az xəbər verir ki, təhlükə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videodan aydın olur ki, ticarət mərkəzindəki mağaza sıralarından birində bir-birinə sıx formada yerləşdirilmiş elektrik xətlərində qısaqapanma baş verib. Satıcılar alışma yaranan hissəyə yanğınsöndürən balonla müdaxilə edərək, daha böyük əraziyə yayılmasının qarşısını alıblar.
Görüntüləri təqdim edirik:


