İspaniyanın mərkəzi və cənub bölgələrində güclü yağışlar davam edir.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata əsasən, əlverişsiz hava nəticəsində avtomobildə sıxışan bir nəfər dünyasını dəyişib.
Paytaxt Madriddə qəza nəticəsində çaya düşən 2 nəfər isə itkin düşüb.
Yağışlar səbəbindən bir çox ev və iş yeri su altında qalıb.
Qeyd edək ki, mütəxəssislər yağışlı havanın axşam saatlarınadək davam edəcəyini bildirib.
Aysu Demokrat.az


