Çin sədri Si Cinpin sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G20 Liderlər Zirvə toplantısına qatılmayacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sammitdə Çin nümayəndə heyətinə Baş nazir Li Çianq rəhbərlik edəcək.
Məlumatda həmçinin, G20-nin beynəlxalq iqtisadi və qlobal əməkdaşlıq baxımından mühüm rolu olduğu vurğulanıb.
Qeyd edək ki, Si Cinpin, 2008-ci ildən bu yana sammitə qatılmayan ilk Çin Prezidenti olacaq.
Aysu Demokrat.az


