Hərbi

Erməni silahlı dəstələri Xocavənd istiqamətində səngər qazmağa cəhd edib

Erməni silahlı dəstələri Xocavənd istiqamətində səngər qazmağa cəhd edib

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.

D
demokrat.az