Sentyabrın 2-də İstanbulda Türk Dövlətləri Təşkilatı(TDT) Katibliyinin binasında TDT-nin Baş katib Kubanıçbek Ömüraliyev Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bubarədə təşkilatın saytında məlumat yayılıb.
Bildirilir ki, görüş zamanı K.Ömüraliyev və H.Hacıyev TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər. Tərəflər türk dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsiaparıblar.


