Şou-biznes

"Həyatdakı ən böyük itkilərimdən oldu"

Həyatdakı ən böyük itkilərimdən oldu

Rəqqasə Fatimə Fətəliyeva ötən gün dünyasını dəyişənƏməkdar artist, rəqqasə Aliyə Ramazanova ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi A.Ramazanovanın onun rəqs müəllimi olduğunu bildirib:

"Niyə həyat belədir, yaxşılar bu həyatdan vaxtsız köçür. Uşaqlığım, gəncliyim, mənə rəqsdilini, rəqsin nə olduğunu öyrədən, əsl müəllimə adını daşıyan özəl varlıq. Bu həyatdakı ən böyük itkilərimdən oldu. Mənə həyat dərsini öyrədən insan, qazandığım çörəyi, məşhurluğu borclu idim sizə. Çox sarsıldım".

Qeyd edək ki, Aliyə Ramazanova 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.

NE
Nihadə Eyyubova