Dünya Özəl

Ərdoğan və Putin bu tarixdə görüşəcək

Ərdoğan və Putin bu tarixdə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin sentyabrın 4-də Soçidə görüşəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, liderlər qeyd olunan tarixdə günorta saatlarında Soçidə olacaqlar.

Lakin görüşün təfərrüatları və tərəflər arasında aparılacaq danışıqlarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, Ərdoğanın səfəri bu ərəfələrdə Rusiyaya edilən nadir səfərlərindən biri olacağı bildirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova