Dünya Özəl

Fransa Qabondakı “hərbi çevrilişi” pislədi

Fransa Qabondakı “hərbi çevrilişi” pislədi

"Fransa Qabonda davam edən hərbi çevrilişi pisləyir".

Demokrat.az xəbər verir ki, bu sözləri Fransa Hökumət sözçüsü Olivye Veran Nazirlər Şurasının iclasından sonra jurnalistlərə verdiyi açıqlamada bildirib.

Fransanın Qabondakı vəziyyətin inkişafını yaxından izlədiyini deyən Veran, davam edən çevrilişlə əlaqədar ölkədəki Fransa vətəndaşlarına evdə qalma çağırışı edib.

Xatırladaq ki, Orta Afrika ölkəsi Qabonda bu gün səhər saatlarında milli televiziya binasına daxil olan bir qrup əsgər ölkə rəhbərliyini ələ keçirdiklərini açıqlayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova