Gündəm Özəl

Qızıl Aypara Cəmiyyətinin humanitar missiyası nəylə sonlanacaq? — PROQNOZ

Qızıl Aypara Cəmiyyətinin humanitar missiyası nəylə sonlanacaq? — PROQNOZ

Qarabağın erməni əhalisi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin onlar üçün göndərdiyi humanitar yardımı qəbul etmir. Ağdam - Xankəndi yolunda Rusiya sülhməramlıları da Bakıdan göndərilən humanitar yardımın hərəkətinin qarşısını almaq üçün postların önünə tikanlı məftillər çəkiblər.

Politoloq Zaur Məmmədov Qızıl Aypara Cəmiyyətinin humanitar missiyasının nəylə sonlanacağı ilə bağlı proqnozunu Demokrat.az-a açıqlamasında səsləndirib:

“Yəqin ki, yaxın on gün ərzində məsələ aydın olacaq. Təkcə Qarabağdakı ermənilərin humanitar yardımı qəbul edib- etməməsi məsələsi deyil, separatçıların gələcək aqibəti ilə bağlı da ciddi qərarlar veriləcək. Hazırda bu istiqamətdə regional və beynəlxalq kommunikasiya davam edir. Mövcud vəziyyət onu göstərir ki, hadisələr gərginləşməyə doğru gedir. Əgər müsbət nəticə əldə olunarsa, vəziyyət rəsmi şəkidlə müsbətə doğru dəyişə bilər”.

Qızıl Aypara Cəmiyyətinin humanitar missiyası nəylə sonlanacaq? — PROQNOZ
Z.Məmmədov deyib ki, ermənilərin məqsədi separatçılığı davam etdirməkdir:

“Təəssüf ki, bu işdə onlara müxtəlif beynəlxalq qüvvələr də kömək edir. Lakin bu, uzun müddət davam edə bilməz. İndiki vəziyyət bundan əvvəl ABŞ və Avropa İttifaqında əldə olunan nəticələrə ciddi zərbə endirdi. Danışıqlar demək olar ki, bir kənarda qalıb. İki çıxış yolu var: ya danışıqlar yolu ilə sülh əldə olunmalı, ya da ordumuzun gücü ilə məsələ həllini tapmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova