Meksikanın Çiapas əyalətində baş verən atışma nəticəsində 6 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Çiapas əyalət prokurorluğu məlumat yayıb.
Bildirilib ki, əyalətin Siltepec rayonunda miqrant yolu kimi tanınan ərazidə yük maşınına silahlı hücum edilib.
Hücum zamanı maşında olan 6 nəfər həlak olub.
Qeyd edək ki, hücum nəticəsində ölən şəxslərin kimliyi və ya mühacir olub-olmaması ilə bağlı məlumatlar paylaşılmayıb.
Aysu Demokrat.az


