Rusiya prezidenti Vladimir Putin Hindistanda baş tutacaq G20 Liderlər Sammitində iştirak etməyəcək.
Demokrat.az xəbər verir ki, prezident bu barədə Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
Danışıq zamanı G20 Sammitində iştirak edə bilməyəcəyini və yerinə xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Rusiya rəhbərliyindən verilən açıqlamada Putinin G20 Liderlər Zirvəsinə qatılmamasının səbəbi yer almayıb.
Aysu Demokrat.az


