Böyük Britaniyada dəmiryol işçiləri tətil aksiyasına başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Dəmiryolçular İttifaqı məlumat yayıb.
Məlumata görə, hazırda ölkə üzrə 20 minə yaxın dəmiryol işçisi aksiyaya qoşulub.
İttifaq həmçinin yeni əmək haqqı razılaşması əldə olunana qədər tətillərin davam edəcəyini açıqlayıb.
Digər tərəfdən dəmiryolçulara ədalətli maaş təklifi edildiyini iddia edən Nəqliyyat Nazirliyi birlik liderlərini və üzvlərini prosesi uzatmaqda ittiham edib.
Aysu Demokrat.az


