Dünya Özəl

Almaniyada qasırğa: Xəsarət alanlar var

Almaniyada qasırğa: Xəsarət alanlar var

Almaniyada güclü qasırğa nəticəsində 16 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, qasırğa səbəbindən Lindau şəhəri yaxınlığındakı düşərgədə ağaclar aşıb, Konstans gölü sahilindəsə 6 nəfər xəsarət alıb. Həmçinin, ərazidəki 900 nəfər təxliyə edilib.

Nordlingen şəhərində isə güclü külək nəticəsində 10 motosikletçinin xəsarət aldığı, onlardan 3-nün xəstəxanaya yerləşdirildiyi bildirilib.

Səlahiyyətlilər Münhendə qatarların dayandırılacağı, eləcə də digər xidmətlərdə gecikmələr və ləğvlərin ola biləcəyi barədə xəbərdarlıq edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova