"Taliban" əfqan qadınların universitet təhsili üçün xaricə getməsini qadağan edib.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata görə, bir neçə qadın Birləşmiş Ərəb Əmirliklərinin Dubay Universitetində təqaüd qazanıb.
Lakin onlar xaricdə təhsil almaq üçün hava limanına yollananda ölkədən çıxışa icazə verilməyib və bunun qadağan edildiyi bildirilib.
Aysu Demokrat.az


