Hadisə Özəl

Avtomobillər toqquşdu: 1 ölü, 7 yaralı

Avtomobillər toqquşdu: 1 ölü, 7 yaralı

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Samsun vilayətində baş verib.

Əraziyə polis, xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.

Qəzada sürücü, sərnişinlər və 4 aylıq körpə də daxil olmaqla ümumilikdə 8 nəfər yaralanıb.

Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

Yaralılardan birini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qəzanın təfərrüatları araşdırılır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova