Dünya Özəl

Kanada Ukraynaya yeni səfir təyin etdi

Kanada Ukraynaya yeni səfir təyin etdi

Kanada Ukraynanın 32-ci müstəqillik günündə ölkəyə yeni səfir təyin edib.

Demokrat.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda bildirilib.

Bəyanatda deyilir:

"Vəzifəyə Larisa Qaladzanın yerinə Natalka Cmoc təyin edilib. Hər iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə ümid edirik. Ukraynalılar müstəqillik uğrunda mübarizəni davam etdirdikcə, Kanada daim onun güclü tərəfdaşı olaraq qalacaq və inkişafını dəstəkləməyə davam edəcək".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova