Gündəm Özəl

ÜST-dən XƏBƏRDARLIQ: Azərbaycanda yoluxma halları artacaqmı?

ÜST-dən XƏBƏRDARLIQ: Azərbaycanda yoluxma halları artacaqmı?

Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə COVİD-19 virusuna yoluxma hallarının 63 faiz artdığını bildirib.

Belə ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

Həkim – infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, yeni ştamm sürətlə yayıla bilir:

ÜST-dən XƏBƏRDARLIQ: Azərbaycanda yoluxma halları artacaqmı?

“Payıza doğru Azərbaycanda da yoluxma hallarının artacağı gözlənilir. Lakin panikaya ehtiyac yoxdur. Yoluxanların sayı artsa da xəstəlik yüngül keçəcək.Çünki artıq kütləvi immunitet formalaşıb. Bu dəfə xəstəliyi adi qrip kimi keçirəcəyik. Lakin peyvənd olunmayan risk qrupuna aid şəxslər varsa, mütləq peyvənd etdirməlidirlər. Çünki bu xəstəlik onlar üçün hələ də təhlükəlidir. Karantin qaydalarının sərtləşdiriləcəyini gözləmirəm. Yoluxma sayında müəyyən artım olsa da rəqəmlərdə kəskin dəyişiklik olmayacaq. Xəstələr ev şəraitində müalicə oluna bilər. Xəstəxanalara müraciətlərin çoxalacağını düşünmürəm”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova