Türkiyənin Balıkesir vilayətində 6 mərtəbəli binada yanğın olub.
Demokrat.az xəbər verir ki, hadisə səhər saatlarında binanın 2-ci mərtəbəsində baş verib.
Mənzildən tüstü çıxdığını görən bina sakinləri yanğınsöndürənlərə məlumat verib və əraziyə xilasetmə qrupları göndərilib.
Qrupların təxminən 45 dəqiqəlik müdaxiləsi ilə yanğın digər mənzillərə keçmədən söndürülüb.
Qeyd edək ki, mənzil yanğın nəticəsində yararsız vəziyyətə düşüb.
Aysu Demokrat.az


