Dünya Özəl

Yunanıstan Avropa İttifaqından kömək istədi

Yunanıstan Avropa İttifaqından kömək istədi

Yunanıstanda günlərdir davam edən meşə yanğınları nəticəsində 1 milyon hektardan çox ərazi külə dönüb.

Demokrat.az xəbər verir ki, hökumət Avropa İttifaqına ölkədə baş verən meşə yanğınları ilə bağlı çağırış edib.

Bildirilib ki, yanğın 18 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olub.

Həmçinin qocalar evində olan 150 nəfər təxliyə edilib, bir çox ev və iş yerlərinə ciddi ziyan dəyib.

Qeyd edək ki, bölgəyə Almaniya, İsveç, Xorvatiya yanğınsöndürmə təyyarələri, Rumıniya və Çexiya isə yanğınsöndürənlər göndərib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova