Hadisə

Cəlilabadda qəza: Xəsarət alan var

Cəlilabadda qəza: Xəsarət alan var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106”ın sürücüsü 1991-ci il təvəllüdlü Əliabbas Baxşıyev xəsarət alıb.

O, rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

D
demokrat.az