Hadisə Özəl

Avtobus yük maşını ilə toqquşdu — 16 nəfər öldü

Avtobus yük maşını ilə toqquşdu — 16 nəfər öldü

Meksikanın Oaxaca ştatı yaxınlığındakı magistral yolda immiqrantları daşıyan avtobus yük maşını ilə toqquşub.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Yerli rəsmilər qəzanın səbəblərinin araşdırıldığını, həmçinin yaralıların xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Eyni zamanda, Oaxaca ştatının qubernatoru Salomon Jara Kruz sosial media hesabından paylaşım edərək, mərhumların ailələrinə başsağlığı verib.

Aysu Demokrat.az

D
demokrat.az