İranın paytaxtı Tehranda qaz partlayışı nəticəsində baş verən yanğında 4 nəfər xəsarət alıb.
Demokrat.az xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Tehranın Yaft Abad rayonunda 2 mərtəbəli evdə qaz balonu partlayıb.
Partlayış nəticəsində yanğın baş verib, həmçinin, 4 nəfər yaralanıb.
Yanğına xilasetmə qrupları tərəfindən müdaxilə edilib. Buna baxmayaraq, partlayış ətrafdakı evlərə də ziyan vurub.
Qeyd edək ki, İranda son günlər təbii qaz və balon partlayışlarında artım müşahidə olunur.
Aysu Demokrat.az


