Dünya Özəl

İsrail əsgərləri fələstinli yeniyetməni öldürdü

İsrail əsgərləri fələstinli yeniyetməni öldürdü

İsrail əsgərləri işğal altında olan İordan çayının qərb sahilindəki Cenin şəhərində 17 yaşlı fələstinlini qətlə yetirib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Fələstin Səhiyyə Nazirliyindən verilib.

Açıqlamaya görə İsrail ordusu Fələstinin şəhər və qəsəbələrinə basqınlarını davam etdirir:

"Ordu İordan çayının qərb sahilindəki Hebron, Nablus, Cenin, Tulkerem və Chalkiya şəhərlərinə basqın edib.

Basqın zamanı 17 yaşlı fələstinli Osman Əbu Hərəc başından vurularaq öldürülüb".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova