Hadisə Özəl

5 yaşlı uşaq bacısını güllələdi

5 yaşlı uşaq bacısını güllələdi

Türkiyədə 5 yaşlı oğlan 2 yaşlı bacısını ov tüfəngi ilə güllələyərək öldürüb.

Demokrat.az xəbər verir ki, hadisə ölkənin Batman vilayətində baş verib.

Belə ki, azyaşlı atasının ov tüfəngi ilə oynayarkən təsadüfən 2 yaşlı bacısına atəş açıb. Nəticədə körpə ağır yaralanıb.

Hadisə yerinə jandarm və xilasetmə qrupları gəlib.

Xəstəxanaya yerləşdirilən körpəyə dərhal müdaxilə edilsə də onu xilas etmək mümkün olmayıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova